Xaricdə iş elanlarına aldananların əksəriyyəti internet, xüsusilə də sosial şəbəkələrin istifadəçiləridir. Çünki son vaxtlar bu elanlar saytlar vasitəsilə və ya sosial şəbəkələrdə reklam kimi geniş yayılıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov deyir ki, texnologiyanın inkişafı bu sahədə dələduzluğu da artırıb.
Ekspert deyir ki, bu məsələdə diqqət çəkən məqam elandakı şirnikləndirici məbləğdir. Yəni, vəd olunan yüksək əmək haqqı.
Belə elanları yerləşdirənlərin bəziləri ilə əlaqə saxladıq.
Ekspert Sahib Məmmədov tövsiyə edir ki, aldanmamaq üçün belə elanlarla rastlaşarkən ilk növbədə internetdə kiçik bir araşdırma aparılmalıdır. Şübhəli qaldığınız məqamlar olarsa və ya bu yolla sizə müəyyən məbləğ ödədib işlə təmin etməzlərsə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının "qaynar xətt"inə məlumat verməlisiniz. Amma əgər aldanıb ölkəni tərk etmisinizsə, bu zaman da müəyyən orqanlara müraciət edərək, yarı yoldan dönmək şansınız var.
Məlumatda isə mövcud ünvan mütləq qeyd edilməlidir. Bu, həm də xarici ölkələrdə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün çox vacibdir. Əks təqdirdə belə insanlar üçün heç biri qurum məsuliyyət daşımır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub