İnsanlar marşrutun qapısından sallanaraq gedirlər.
Mynews.az bildirir ki, görüntülər 20 yanvar metrosunun yanından Abşeronun Pirəkəşkül qəsəbəsinə gedən 114 nömrəli marşrutdandır.
Avtobusdan istifadə edən sərnişinlər deyir ki, belə hallar axşam saatlarında, sıxlıq müşahidə olunan zaman baş verir.
Məsələ ilə bağlı marşrut xəttinin sahibkarı ilə əlaqə saxladıq. Onun verdiyi açıqlamaya görə, sərnişinlərin qapıdan bayırda getməsi ilə bağlı hadisədən xəbərdardırlar. Həmin vaxt avtobusa minmək üçün çoxlu sayda insan axın etdiyinə görə avtobusun qapısında nasazlıq yaranıb və o bağlanmayıb. Bundan istifadə edən bir qrup sərnişin isə sürücünün tələbinə baxmayaraq avtobusdan sallanıb getməkdə davam ediblər. Ancaq sərnişinlər daşındıqdan sonra həmin avtobus təmirə göndərilib və onun qapısındakı nasazlıq aradan qaldırılıb. Marşrut xəttinin sahibi belə hadisələrlə qarşılaşan zaman vətəndaşları avtobusun içərisində qoyulan mobil nömrəyə zəng etməyi və öz şikayət və təkliflərini bildirməyi tövsiyyə edib. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub