Rusiyanın “THT” kanalında azərbaycanlı gənc atasının timsalında həm azərbaycanlıları, həm də müsəlmanları təhqir edib.
Turkustan.info-nun“A24.az”-a istinadən əldə etdiyi məlumata görə, 23 yaşlı Ruslan Həsənov “Açıq Mikrafon” yarışmasına qatılıb. Yarışmada iştirakçıya verilən vaxt ərzində studiyada əyləşən münsif və tamaşaçıları güldürməlisən. Çıxışına ilk olaraq atasından başlayan gənc sanki dedikləri ilə hansısa mesajı verməyə çalışıb:
“Mənim çox qeyri-adi ailəm var. Mənim atam azərbaycanlı, anam isə rusdur. Bir çoxlarının uşaqlıqda valideynlərindən sirr saxladığı anlar olur. Mənim də sirrim var idi. Belə ki, məni atamdan gizlin xaç suyuna çəkiblər. Çünki o müsəlmandır və həmişə onunla gəzmək mənim üçün qorxulu olub. Birincisi, biz hər zaman onun hansısa azərbaycanlı dostu ilə gəzirdik. İkincisi də, onunla harasa gedəndə xaçı çıxartmaq məcburiyyətində qalırdım”.
“Bir çox qızlar xarici vətəndaşlarla ailə həyatı qurur ki, onların övladları gözəl olsun. Amma mənim anam azərbaycanlıya ərə gedib və mən doğulmuşam. Bu nə sifətdir? Mister Binə oxşayıram…”
Daha sonra azərbaycanlı gənc atasının təkcə müsəlman deyil, həm narkoman olmasını da lağ edərək tamaşaçıları güldürməyə çalışıb:
“Minnətdaram ki, atama görə mənim çox maraqlı uşaqlığım olub. Təkcə azərbaycanlı olduğuna görə yox, həm də narkaman olduğu üçün … Lakin mənim atam həm də müsəlmandır və ona spirtli içki içmək olmaz. O zaman nə etməli idi?” deyərək, Ruslan Həsənov 4 dəqiqəlik çıxışı ancaq azərbaycanlı atasının üzərində qurub.
Rusiya mediasında yayımlanan görüntüləri təqdim edirik:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub