"Toyuna 1 həftə qalmış sirkə turşusu içərək intihar etmək istəyən Qax rayon Almalı kənd sakini Nofəl Yusifovun vəziyyəti ağır stabildir".
Mynews.az xəbər verir ki, bu barədə publika.az-a onun müalicə aldığı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
A.Maqsudov bildirib ki, krizisdən çıxsa da, o hələ də, danışa bilmir.
"Bir neçə qurtum sirkə turşusu içib və ağız boşluğu, qida borusu, mədəsi yanmışdı. Xəstəxanaya yerləşdiriləndə vəziyyəti ağır dəyərləndirildi, qanaxması var idi. Hazırda nisbətən vəziyyəti stabilləşsə də, danışmasına icazə vermirik. Çünki bu, zərərli ola bilər. Danışa bilmədiyindən özünü niyə öldürmək istədiyi barədə dəqiq məlumatımız yoxdur. Ola bilər ki, depressiya vəziyyətində olub".
Kənd icra nümayəndəsinin müavini Elçin Haqverdiyev Publika.az-a bildirib ki, ailə üzvləri onunla danışsa da, bu addımı atma səbəbini soruşmayıblar:
"İndi ailəni əsas maraqlandıran məsələ onun sağlığıdır. Çox danışdırmırlar, sadəcə bir neçə söz soruşurlar. Nofəlin bu addımı toylarını təxirə salsa da, qız evi ilə aralarında hər hansı narazılıq yoxdur. Həkimlər sağalması üçün azı 1 ay vaxt veriblər. Yəqin ki, tam sağalandan sonra nə üçün belə bir addım atması anlaşılacaq".
Qeyd edək ki, N.Yusifov oktyabrın 3-də sirkə turşusu içərək intihara cəhd edib. Ondan bir gün əvvəl isə qız toyu olub, dünən üçün isə oğlan toyu olmalı idi. Toyuna bir həftə qalmış onun belə bir addım atması ailəsi və kənd sakinlərini şoka salıb.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub