Azərbaycanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (eşitmə qüsurlu) üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayı artıb.
Mynews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.
Bundan başqa, adıçəkilən xəstəlik üzrə ilk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda şəxslərin sayı keçən il üçün 370 nəfər (2015-ci ildə 319 nəfər) təşkil edib. Həmin şəxslərdən 58,6 faizi kişi, 41,4 faizi isə qadın olub. Onlardan 18-29 yaşda olanların sayı 78, 30-35 yaşda olanların sayı 36, 36 və yuxarı yaşda olanların sayı isə 256 nəfər təşkil edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinə əlilliyə və sağlamlıq imkanlarının məhdudluğuna dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən toplu şəkildə təqdim olunur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub