Dünən Şəmkir rayonunda atanın 23 yaşlı qızını baltalaması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Çaparlı kəndində yaşadığı evdə atası İsmayıl Əhmədov tərəfindən amansızlıqla döyülən və başına balta ilə xəsarətlər yetirilən 23 yaşlı Nuranə bir müddət əvvəl ailə həyatı qursa da, sonradan boşanıb. 1 körpə uşağı ilə ata evinə qayıdan gənc qadın kənddəki istixanalarda fəhlə işləyirmiş.
Hadisəni törədən İ.Əhmədov isə əvvəllər məhkumluq həyatı yaşayıb. Nevroz xəstəsi olan həmin şəxs dəfələrlə həyat yoldaşını, oğlunu və qızını döydüyü üçün polis şöbəsinə aparılıb.
Dünənki hadisənin səbəbinə gəldikdə isə ailə üzvləri atasının Nuranəyə səbəbsiz yerə, boş bir şeyin üstündə əsəbiləşdiyini və bundan sonra döyüb öldürmək istədiyini deyiblər. İ.Əhmədov daha sonra qaçdığından onu tutmaq hələ ki, mümkün olmayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub