"Azərbaycanda internet media yeni formalaşır və bu sahədə maliyyə problemləri göz önündədir".
Mynews.az sonxeber.az-a istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, internet medianın əsas şərtlərindən biri onun dövlət tərəfindən maliyyələşməsidir.
Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.
Xəbər portlallarında informaisyanın qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılması kimi problemlərin qarşısını almaq üçün onlar dövlət tərəfindən maliyyələşdirilməlidir. Onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər.
"Məsələ artıq Milli Məclisdə müzakirə edilib. Mən də bir neçə dəfə online medianın maliyyələşdirilməsi haqqında çıxış etmişəm.İnternet medianın dövlət tərəfindən maliyyələşməsi yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Biz istəyirik ki, Azərbaycanda internet media müstəqil olsun, ictimai fikrin formalaşmasında daha aydın olsun. İndiki şəraitdə reklam bazarında bəzi problemlər mövcud olduğundan internet medainaın dövlət tərəfindən maliyyələşdirilməsi vacibdir."
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub