Psixoloqlar xoşbəxt böyüyən uşaqların daha çox özgüvənə sahib olduqlarını açıqlayıblar. Türkiyəli psixoloq Qəmzə Əsər uşaqları xoşbəxt böyüdə bilmək üçün valideynlərə bəzi məsləhətlər verib.
Mynews.az medicina.az-a istinadən həmin düzgün davranış qaydalarını təqdim edir:
Sevginizi doğru şəkildə göstərin - şübhəsiz, hər ana, ata uşağını çox sevir. Vacib olan bunu doğru şəkildə nümayiş etdirə bilməkdir və sevginin qarşılıqsız olduğunu ona hiss etdirməkdir.
Edə biləcəyi işlərə mane olmayın - hansı yaşda olmasından asılı olmayaraq uşaq işə yaradığını hiss etmək istəyər və bu duyğu onu gücləndirər. Özgüvənini zədələyəcək hərəkətlər etməyin.
Rəqabət vasitəsilə hansısa işi sevdirməyə çalışmayın. Bu, bütün uşaqlarda eyni təsiri göstərmir. Körpə bir işi sevdiyi, bacardığı üçün etməlidir.
Hörmətli olmağı, hörmət etməyi aşılayın - bunu ona ancaq davranışlarınızla göstərə bilərsiniz. Onlar güzgüdür, nə etsəniz onu mənimsəyəcəklər. Evdə nə danışıldığına diqqət edərlər və özlərini buna yönləndirərlər.
Mükəmməllik yoxdur - ən yaxşı olmasını istəmək ona ancaq zərər verər. Kimsə mükəmməl deyil. Valideynin etmədiyini uşaqdan gözləmək və ya tələb etmək şüursuz davranışdır.
Qeyd edək ki, uşağınıza "olmaz" dedikdə bunun səbəbini izah edin. "Çünki mən belə istəyirəm" cümləsi onu fəlakətə aparar. Ətraflı izah isə onu daha düzgün addım atmağa və yanılmamağa sövq edər.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub