“Sədərək” ticarət mərkəzində yerləşən mağazalardan birində oğurluq hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, insident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.
Mağaza sahibi nəzarət kameralarının köməyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan naməlum daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək, içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb.
Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən mağazaya qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.
Zərərçəkən hadisədən iş vaxtı başa çatandan sonra xəbər tutub.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub