Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən Türkiyə vətəndaşı Yıldız Suatın ölkəsinə ekstradisiya olunması məsələsinə baxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib.
"Mən geyəm. Bakıda həbsxanada, kişilərin arasında qalmaq çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan pisdir".
Məhkəmədə qərar elan edilib. Qərara əsasən S. Yıldız öz ölkəsinə eksradisiya ediləcək.
Qeyd edək ki, S. Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilən və 10 il müddətinə azadlıqdan məhrum edilib. O öz ölkəsinə eksradiya edilməsi üçün müraciət edib.(lent.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub