Rusiya Federasiyasının Kalininqrad şəhərində keçirilən Baltikyanı ölkələrin intellektual oyunlar üzrə Açıq Tələbə Kuboku başa çatıb.
Beynəlxalq festivalın iki günlük proqramında “Nə? Harada? Nə zaman?”, “Erudit-Kvarted” kimi fərdi, eləcə də, “Fərdi oyun” və “Üçlük” kimi komanda oyun distiplinlərinin qalibləri məlum olub.
30-dan çox Avropa ölkəsinin iştirak etdiyi açıq turnirdə Azərbaycanı "Atəşgah" klubunun "ExLibris" komandası təmsil edib.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən ibarət "ExLibris" komandası turniri iki distiplin üzrə medalla başa vurub.
Azərbaycan biliciləri “Üçlük” oyununda gümüş, “Fərdi oyun”da isə bürünc medal qazanıblar.
Qeyd edək ki, komandanın tərkibinə Əbdül Quliyev, Nərgiz Qədirzadə, Fərid Əliyev, Tural İsazadə, Eldar Zeynallı və Kamran İbrahimov(komandanın kapitanı) daxil olub.
Komandanın məşqçisi tarix elmləri namizədi Emil İsgəndərovdur.
“Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qocaman intellektual klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq, müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub