Cari ilin sentyabr ayının 23-də, saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısından tapılan 50-60 yaşlarındakı naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və həmin şəxs orada dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, həmin şəxsin əlamətləri belədir - boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə) zəng vuraraq, məlumat vermələri xahiş olunur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub