2016 Rio Olimpiya Oyunlarında 98 kiloda bürünc medal qazanan güləşçi Cenk İldem dünən axşam avtomobilini idarə edərkən yol verməmək üstündə düşən mübahisə sonrası silahlı hücuma məruz qalıb.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, Cenk İldem mübahisə etdiyi şəxslər tərəfindən ayağından güllələnib.
İki ayağından yaralanan güləşçi xəstəxanaya çatdırılıb. Sağlamlığı ilə bağlı həyati təhlükəsinin olmadığı deyilir.
İstanbulda bir xəstəxanada müalicəsi davam edən güləşçinin əməliyyat olunacağı deyilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub