Azərbaycanda istifadə edilmiş plastik şüşələr və alüminium qutular artıq bir tullantı deyil, əlavə gəlir mənbəyidir.
Mynews.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, əlavə gəliri çox asan üsulla əldə edə biləcəksiniz. Sadəcə istifadə edilmiş konteynerləri tullantı qutularına deyil, "Fandomat"lara daxil edəcəksiniz və maliyyə bonuslarından yaralancaqsınız.
Layihənin əsas hissələrindən biri olan "Fandomat"lar necə çalışır?
Boş plastik şüşə və ya alüminum qutu fandomata daxil edilir, skaner vasitəsi ilə barkod oxunur, çəki və ölçü tanındıqdan sonra fandomat taranı qəbul edir. Tara qəbul olunduqdan sonra müştəri alacağı bonus növünü seçir:
1. Bağış - təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağış vermək imkanı
2. Vauçer - təslim edilmiş konteynerlər əvəzinə supermarketlərdə alış veriş etmək üçün xüsusi çek
3. Danışıq dəqiqələri - təslim edilmiş konteynerlər əvəzinə danışıq dəqiqələri
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub