Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:
“Yəni, asteroid Ayın orbitini kəsəcək. Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək”.

X.Mikayılov deyib ki, asteroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Asteroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: “İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur”.
X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub