ARB TV-nin “Rezonans” verilişi bu dəfə Hökməli Yusifovun həbsxana hekəyəsini təqdim edir.
Mynews.az xəbər verir ki, Hökməli Yusifov (cəzası 14 il): “Müəllim işləyirdim. Bundan əlavə direktor müavini və direktor kimi də fəaliyyət göstərmişəm. 2010-cu ildə affekt vəziyyətə düşüb hadisə törətdim. Mənə xəbər verildi ki, qızın hamilədir. Öz dayımoğlu qızıma təcavüz edib. Anam infarkt keçirərək dünyasını dəyişdi. Oğluma qarşı ədalətsizlik etdilər. Ailəmi şantaj edib telefona çəkdilər. Uzun illər ovçu cəmiyyətinin üzvü olmuşam deyə sənədli silahım var idi. Onların həyətinə getdim, səhvən qızıma təcavüz edənin kiçik qardaşını vurub öldürdüm. Dayımı qolundan vurub yaraladım. Dayım istəsəydi, bu işlərin qarşısını alardı. Sonra da qızımı zorlayanı vurdum. 1 həftə ac-susuz meşədə gizləndim.
Artıq iş işdən keçmişdi. İntihar etmək istədim, polis imkan vermədi. Sonra təslim oldum. Təklif edirəm ki, namus üstündə cinayətlərə görə cinayət məcəlləsində bir bənd əlavə edilsin”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub