"İşim oğluma vermək üçün çox çətindir"
Azərbaycan əsilli Rusiya milyarderi, "Lukoil"in prezidenti Vahid Ələkbərov şirkətini oğluna vermək fikrindən daşındı. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu V.Ələkbərov özü "Bloomberg TV"yə müsahibəsində deyib. O, müsahbəsində Rusiyada işin risklərindən və gələcək varisindən danışıb.
Azərbaycanlı milyarder oğlu Yusifin "Lukoil"in idarəçiliyi ilə bacara bilməyəcəyini düşünür.
Ümumiyyətlə Ələkbərov yaxın 3-5 ildə şirkətin rəhbərliyindən getməyi düşünmədiyini deyir. O, düşünür ki, Rusiyada risklərin qarşısını almaq başqalarına nisbətən ona daha asandır. Bu müdət ərzində o özünə varis də hazırlayacaq. "Məndən soruşa bilərsiniz ki, varis haqqında düşünürəmmi? Bəli fikirləşirəm. Ümid edirəm ki, o mənim həyatımın işini davam etdirmək üçün layiqli namizəd olacaq. Onun mənim oğlum olduğunu soruşsanız bir cavab verə bilərəm - yox. Çünki bu iş oğluma vermək üçün olduqca çətindir. Amma o bu biznesdı qalacaq".

V.Ələkbərv daha öncə də RBK-ya müsahibəsində Rusiyanın ən varlı varisi sayılan oğlu Yusifin idarə heyyətində təmsil oluna biləcəyini demişdi. Lakin o ilk növbədə nəhəng qərb şirkətində əmək stajına sahib olmalıdır. "Qərbi Sibirdə o iki ildən artıq çalışıb. Prinsip aydındır. İnsanların nefti neçə hansil etdiyini, necə təmir apardığını anlayır, neftin qoxusunu hiss edib". Lakin Ələkbərov oğlunu varisi etmək kimi hədəfinin olmadığını da qeyd edib.
Yusif Ələkbərov 1990-cı ildə anadan olub.O, "Lukoil"in səhmlərinin 0,13 faizini idarə edir.
"Forbes"in versiyasına görə, Vahid Ələkbərov Rusiyanın ən varlıları siyahısında 6-cı yeri tutur. Onun sərəti 14 milyard dollardan çoxdur.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub