"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: "Hələ Robert Prosineçkinin qalacağı və ya gedəcəyi bilinmir. Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxırıq".
Sadıqov Azərbaycan futbolundakı problemlərə də toxunub. O deyib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".
Qeyd edək ki, Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub