Ötən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.
Mynews.az Ölkə.Az-a istinadla məlumatına görə, qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü, İmişli rayon sakini Haqverdiyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin alüdəçisi olub.
Hətta o, idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanması səbəbindən bir neçə dəfə həbs edilib.
FHN-nin sabiq əməkdaşı olan Xalid Haqverdiyev hadisədən əvvəl də kefli olub. Hadisədən bir neçə saat əvvəl mərhumun atası, iş adamı Əlirza Haqverdiyev oğluna zəng edərək, onlara məxsus olan “Howo” markalı yük avtomobilinin Bakıda qaldığını və onu təcili rayona gətirmək lazım olduğunu söyləyib. Xalid Haqverdiyev isə kefli halda yük maşınının sükanı arxasına keçərək, onu idarə edib. O, yük avtomobilini sürətlə idarə etdiyi üçün idarəetməni itirib. Bu zaman Xalid Haqverdiyev özünü avtomaşından aşağı atıb, xilas olmaq istəyərkən, “Howo” avtomobilinin təkərləri altına düşüb.
Qeyd edək ki, mərhumun atası Əlirza Haqverdiyev hazırda İmişli rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədr müavinidir. Eyni zamanda, Əlirza Haqverdiyev biznes fəaliyyəti ilə də məşğul olur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub