"Dayımoğlu qızıma təcavüz edib hamilə buraxdı”
Mynews.az xəbər verir ki, ARB TV-nin "Rezonans” verilişi bu dəfə Hökməli Yusifovun həbsxana hekayəsini təqdim edir.
Hökməli Yusifov (cəzası 14 il): "Müəllim işləyirdim. Bundan əlavə direktor müavini və direktor kimi də fəaliyyət göstərmişəm. 2010-cu ildə affekt vəziyyətə düşüb hadisə törətdim. Mənə xəbər verildi ki, qızın hamilədir. Öz dayımoğlu qızıma təcavüz edib. Anam infarkt keçirərək dünyasını dəyişdi. Oğluma qarşı ədalətsizlik etdilər. Ailəmi şantaj edib telefona çəkdilər. Uzun illər ovçu cəmiyyətinin üzvü olmuşam deyə sənədli silahım var idi. Onların həyətinə getdim, səhvən qızıma təcavüz edənin kiçik qardaşını vurub öldürdüm. Dayımı qolundan vurub yaraladım. Dayım istəsəydi, bu işlərin qarşısını alardı. Sonra da qızımı zorlayanı vurdum. 1 həftə ac-susuz meşədə gizləndim. Artıq iş işdən keçmişdi. İntihar etmək istədim, polis imkan vermədi. Sonra təslim oldum. Təklif edirəm ki, namus üstündə cinayətlərə görə cinayət məcəlləsində bir bənd əlavə edilsin”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub