Ali məktəblərin magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bu, tələbə kredit fonduna daha çox maliyyə cəlb etməklə mümkün olacaq. Bu məqsədlə "təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bununla bağlı olaraq "Təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə,bu prosesin tənzimlənməsi üçün Təhsil , Gənclər və İdman Nazirliklərindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın.
Yeni maliyyə mənbələrinin tapılması ilə təhsil haqlarını ödəyə bilməyən tələbələrin problemləri həll ediləcək.Yeni qanun layihəsi Tələbə kredit fonduna daha çox maliyyə cəlb etməyə imkan verəcək.
"Təhsil haqqında" qanuna ediləcək dəyişikliklərin bu ilin sonuna kimi plenar iclasa çıxarmaq nəzərdə tutulub.Yeni qanun layihəsi isə gələn il paramentdə müzakirəyə çıxarılacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub