Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, qəsəbədəki evlərdən birində orta yaşlı kişinin meyiti əlləri və ayaqları bağlanmış şəkildə aşkarlanıb. Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb. Həmçinin öldürülən şəxsin bütün əzalarının yerində olması da müəyyən edilib.
Hazırda qətlə yetirilən şəxsin kimliyinin müəyyən edilməsi, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində iş aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub