İraqdakı uşaq evlərindən birinə gətirilmiş 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicə Azərbaycana gətirilib.
Mynews.az xəbər verir ki, bu haqda məlumatı virtualaz.org yayıb. Sayt bildirib ki, uşaqlar Xarici İşlər Nazirliyinin xətti ilə gətirilib. Xatırladaq ki, ilkin ehtimala görə, İŞİD-ə qoşulan Xədicə ilə Abdullanın valideynləri öldürülüblər.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən uşaqlardan yalnız biri ölkəyə gətirilib:
"Birincisi, qeyd olunan Xədicə adı dəqiq deyil. Biz hazırda onunla bağlı identifikasiya işləri aparırıq. Amma Azərbaycanın İraqdakı səfirliyinin müşayiəti ilə Abdulla adlandırılan azərbaycanlı azyaşlının dünən axşam saatlarında vətənə gətirilməsi təmin olunub.
Onun gətirilməsi üçün İraq tərəfi ilə rəsmi yazışmalar, müvafiq sənədləşmə işləri aparılıb. Bu, ölkə qanunvericiliyinə uyğun həyata keçirilib. Hazırda uşaq nazirliyin nəzarətindədir və onun qohumlarına təhvil verilməsi üzərində iş aparılır”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub