“Məzələnirsən, korsan?” - "Fresco" marketdə kassirdən müştəriyə şok sözlər
![](https://img.mynews.az/news/2017/10/photo_28091.jpg)
Daha bir vətəndaş Bakıda fəaliyyət göstərən supermarketlərin birində kassirin kobud rəftarı ilə rastlaşıb. Bu barədə AZXEBER.COM –a Fresco marketdə satıcının kobudluğu ilə rastlaşan Mircəlal Məcidov məlumat verib. Onun sözlərinə görə, bu gün səhər Fresco marketin Nəsimi rayonu, Nizami küç.129, "AF Business House" un binasında yerləşən filialında satıcı xanımın tərəfindən təhqir olunub.
" Bir neçə ərzaq məhsulu almışdım. Kassaya yaxınlaşanda gördüm ki, cəmir bir nəfər işləyir. Digər kassalarda isə işçi yox idi. Xanım satıcıdan yumurtanı vurub, vurmadığı soruşduqda eşitdiyim cavab məni şoka saldı. O mənə "məzələnirsən, korsan, görmürsən vurmuşam” cavabını verdi. Ona cavabında müştəri ilə belə danışmaq haqqının olmadığını bildirdikdə "xoşun gəlmir, alma” cavabını verdi. Həmin vaxt mağazanın direktorunu və administatorlarını tələb etsəm də onları tapa bilmədim. Dedilər ki, işdə yoxdurlar.”
Şikayətçi daha sonra bildirib ki, qeyd olunan marketdə belə hal birinci deyil.
" Təxminən 1 ay öncə həmin marketin başqa bir filialında mənə şişirdilmiş qiymətə qida satılmışdı. Həmin vaxt da qaynar xətə zəng etdim. Araşdırıldı və satıcının səhv etdiyi məlum olduqdan sonra işdən azad etdilər.”
Bəs, kassir və satıcı müştəri ilə necə rəftar etməlidir? Bunun üçün hər hansı bir təlimat varmı?
Ekspert Elyar İslam bildirib ki, satıcılar və xəzinədar işə götürülən zaman mütləq təlimatla tanış edilməlidir.
"Marketdə çalışan xəzinədar müştərinin kimliyindən, yaşından, irqindən, dinindən, xarici görünüşündən asılı olmayaraq "xoş gəlmisiniz" sözünü deyərək, təbəssümlə qarşılamalı, nəzakətli şəkildə alınan məhsulları kassadan keçirdərək paketlənməsinə kömək etməlidir. Müştərinin verdiyi suallara nəzakətlə və aydın cavab verməlidir. Bu qaydalar Xəzinədarların vəzifə təlimatında yazılır. Görünür, həmin xəzinədar təlimatı oxumayıb.” deyə ekspert qeyd edib.
Qeyd edək ki, FRESCO supermarketləri "Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin ticarət şəbəkəsinə daxildir. FRESCO supermarketlərinin rəhbəri baş nazirin müavini Yaqub Eyyubovun qardaşı oğlu Kamran Eyyubovdur.
Xatırladaq ki, "Fresco” və "Səbət” supermarketlərinin direktoru Kamran Eyyubov devalvasiyadan sonra hökumətdən vergi güzəşti istəyən market rəhbərlərindən idi. O, mediaya açıqlamasında bildirmişdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad olunduğu kimi, onların parakəndə satışının da vergidən azad olunmasını istəyir.
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 1125 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 1057 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 1051 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 1047 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 1002 dəfə oxunub