Oktyabrın 13-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, Komitənin sədri Eldar İbrahimov bildirib ki, iclasın gündəliyində Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş 2 məsələ var.
İclasda qanun layihələrini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Bildirildi ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınması və bərpası üçün əkin materialları və digər vasitələrlə təminat məsələlərinin həlli məqsədini daşıyır.
“Çayçılıq haqqında” qanunun 10-cu maddəsində aparılan dəyişiklik isə qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna və “Toxumçuluq haqqında” qanunda dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq. Fikir mübadiləsində qanun layihələrinə münasibət bildirən komitənin sədr müavini Eldar Quliyev, ekspert Zahid Abbasov, deputatlar Elçin Quliyev, Cavanşir Paşazadə, Novruz Aslan hər iki qanun layihəsini məqsədəuyğun sayıblar.
Komitədə baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub