Ötən gün axşam saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.
Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilən Oqtay Qarayev dərhal əməliyyat olunub. Zərərçəkmişin çoxlu qan itirməsinə baxmayaraq, həkimlər onun həyatını xilas edə biliblər. Ancaq hazırda onun vəziyyəti ağır olaraq qalır.
Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin istintaq-əməliyyat qrupu faktı araşdırır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub