Bu gün Bakının Yasamal rayonunda avtomobil qəzası baş verib.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, Cəfər Cabbarlı 26-28 küçəsində baş verən qəzada təxminən 60-65 yaşlarında olan qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş verməsinə gəlincə, taksi fəailiyyəti ilə məşğul olan 10-TU-775 dövlət nömrəli nişanlı "Nissan Sunny" markalı maşın dönmə əməliyyatını yerinə yetirərkən 99-EC-778 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən taksidə müştəri kimi əyləşən qadın yola düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.
Faktla bağlı araşdırma başlanıb.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub