Dövlət qeydiyyat nişanlarının üzərindəki defis işarəsinin pozulmasına görə dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yoxdur.
Xəzərxəbər.az-ın məlumat verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıq və avadanlıqlar verməklə, yol polislərinin rayon şöbələrini təlimatlandırıb. Sürücülər bir ay ərzində istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda, Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq, həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir.
Çəkiliş apardığımız zaman da şahidi olduq ki, bir çox avtomobilin nömrə nişanında defis işarəsi ağ rəngdədir. Halbuki, bu, qanunla qadağandır.
Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində nömrələrin hazırlandığı otaqda çəkiliş apararkən müəyyən etdik ki, çap prosesində defisin ağ qalması mümkünsüzdür. Çünki nömrənin üzərində hərflər və rəqəmlər yazıldıqdan sonra o, nömrə tanınma cihazından qeydiyyatdan keçirilir. Əgər nömrədə hanısa bir çatışmazlıq varsa, o, cihazda tanınmır.
Onu da qeyd edək ki, yol polisi belə sürücülərə gələn ayın 12-nə qədər vaxt verib ki, avtomobillərinin nömrə nişanını standartlara uyğunlaşdırsınlar. Əks halda 50 manat məbləğində cərimə ediləcəklər.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub