Buna səbəb işçilərin iş qabliyyətinin yetərli olmaması göstərilib. Amerika şirkətinin bununla bağlı yaydığı açıqlamada "33 mindən artıq işçisi olan şirkətlərdən biri olaraq performans dəyərləndirmələri əsasən şirkətdən ayrılıqlarla nəticələnir. "Telsa" böyüməyə və dünyanın hər yerindən yeni insanları öz sıralarına qatmağa davam edir" deyilir.
"Tesla" şirkəti rəsmi şəkildə nə qədər işçinin işdən çıxarıldığını açıqlamayıb. Amma şirkətin keçmiş əməkdaşlarından biri "Reuters"ə açıqlamasında 400 nəfərin işdən çıxarıldığını bildirib.
Qeyd edək ki, avqust ayında "Model 3" modelini təqdim edən hirkət sentyabrda sifariş edilən avtomobillərdən 500-ünü təhvil verəcəyini, dekabra qədər isə 20 min maşın istehsal olunacağını açıqlamışdı. Ancaq avtomobil qaleriyası olmayan, bütün satışlarını internet vasitəsi ilə həyata keçirən şirkət indiyə qədər cəmi 260 avtomobil istehsal edə bilib. "Model 3"lə bağlı sifarişlər isə artıq 455 minə çatıb. "The Wall Street Journal"ın xəbərinə görə, işçilər "Model 3"ün bəzi detallarını əllə hazırlayır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub