Azərbaycanda ləhcə ilə danışan bəzi şəxslər cərimələnə bilər.
Xezerxeber.az bildirir ki, söhbət televiziya-radio proqramları, reklam çarxları və reklam lövhələrindəki dil pozuntularına yol verən hüquqi şəxslərdən gedir. Ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu yeni layihə hazırlayır.
Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyir ki, hazırda cərimələrin hansı söz və ifadələrə görə tətbiq olunacağının detalları müzakirə edilir. Cərimələrin məbləği isə Milli Məclisin yekun qərarından sonra müəyyənləşdiriləcək.
Sevinc Əliyevanın sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə media və reklam sahəsində bu tip cərimələr mövcuddur. Azərbaycanda da bu cərimələr dilin qorunub saxlanmasını təmin edəcək.
Qeyd edək ki, cərimələrin yalnız hüquqi şəxslərə tətbiqi nəzərdə tutulub. Fiziki şəxsləri isə heç bir cərimə gözləmir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub