Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, qasırğaya səbəb Günəşdəki tac dəliklərindən başlanğıcını götürən yüksək surətli günəş plazma küləyidir.
E. Babayev qeyd edib ki, Günəşin səthində heç bir günəş ləkəsi müşahidə olunmur: "Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa, kosmik hava korlanırdı. Günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Bu külək 5 gündür, yerətrafı fəzaya çatıb və yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".
Direktor müavini əlavə edib ki, kosmik hava korlanmış metro şəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyət artır. Bu halda həkimlər hansısa qabaqlayıcı məsləhətlər verir: “Belə hava ilk növbədə risk qrupuna daxil olanlara təsir edir. Ürək-qan damar sistemi, xroniki xəstəliklərinə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlılar daha çox diskamforta məruz qalırlar. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Çünki Yerdə insanlar müxtəlif zamanlarda baş verən geomaqnit qasırğalarına məruz qalır. Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub