Bacısına mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
BiG.AZ xəbər verir ki, sözügedən məsələ ilə bağlı yeni məqamlar aşkara çıxıb. BiG.Az-la əlaqə saxlayan 21 yaşlı mərhum Ələkbər Muxtarovun yaxın qohumu Anar Ələsgərov həqiqətləri açıb danışıb:
"Bu günə qədər yayılan məlumatlar hamısı yalandır. Yalandan yazırlar ki, guya Mirismayılın 13 yaşlı bacısı ilə sosial şəbəkədə yazışıb və s. Hamısı yalandır. Həqiqət budur ki, Ələkbər dostunun mübahisəsi üçün o davaya gedib. Həmin dostu da polis mayorunun oğludur. Mübahisə zamanı polis mayorunun oğlu aradan çıxıb, bunlar da elə bilib ki, Ələkbər həmin oğlandır. Bıçağı boğazından, şah damarından vurublar. Ələkbəri bıçaqlayıb öldürən oğlanın ağsaqqalları da yas məclisinə gəldi. Ondan şikayətçi olmadıq. Metr yarımlıq uşaqdır.
Ağsaqqalları gəldi, dedilər ki, bu uşağın qanını sizə halal edirik. Biz bağışladıq. İndi götürüb ağızlarına gələni yazırlar, hamımız oturub bir-bir yazıb düzəldirik ki, yalan məlumatdır. Heç onun bacısının telefonu da yoxdur. Telefonlar istintaqdadır, küçədə qalan, yüngül əxlaqlı bir qıza görə belə qanlı söhbət olub.
Həmin öldürənin ağsaqqalları gəldi, ağır seyiddirlər. Yenə deyirəm dedilər ki, bu uşağın qanını sizə halal edirik, biz şikayətçi olmadıq. Ağsaqallar məclisin puluna qədər, qəbir daşına qədər pulunu ödədilər".


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub