Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub.
Qar örtüyünün hündürlüyü Qrızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub