Ana ölümlərinin əsas səbəbləri açıqlanıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib ki, ana ölümlərinin əsas səbəbi qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyaları ilə bağlıdır.
Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".
O qeyd edib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb: "2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub