Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.
Mynews.az Xəzər TV-yə istinadən məlumatına əsasən, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərcləri şirkətə tərəfindən ödəniləcəyi bildirilir.
İKT üzrə mütəxəssis Samir Kərimov deyir ki, bu tip fotoların və mesajların paylaşılması ilə “WhatsApp” heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.
Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.
İnsanların isə bu mesajlara yanaşması birmənalı deyil.
Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatları paylaşmaq lazım deyil.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub