Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, eyni günə bir neçə dəqiq fənn salınır, yaxud nisbətən ağır fənlər sonuncu saatlara təyin edilir.
Orta ümumtəhsil müəssisələrinin əksəriyyətində cədvəl hazırlanarkən şagirdin dərs yükü nəzərə alınmır. Eyni günə bir neçə dəqiq və ağır fənnin salınması şagirdlərin həmin fənnləri qavramasını çətinləşdirir.
Fənlərin cədvəl üzrə yeri də düzgün təyin edilmir. Bəzi məktəblərdə qəbul imtahanlarında bütün qruplarda yer alan Azərbaycan dili fənni sonuncu, zehni əziyyət tələb etməyən idman dərsi isə ilk saatlara salınır.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, dərs cədvəlləri təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilir və nazirlik bu işə qarışmır. Əgər kimsə dərs bölgüsündən və fənlərin cədvəl üzrə yerləşdirilməsindən narazıdırsa, məktəb rəhbərliyinə müraciət edə bilər. Cədvəlin dəyişdirilib-dəyişdirilməməsi isə yenə də həmin təhsil müəssisəsinin rəhbərliyinin səlahiyyətindədir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub