Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır.
Mynews.az-ın xəbərinə görə, bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovaməlumat verib.
Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının dördüncü hamiləliyi olub: “Bundan əvvəl həmin qadının bir körpəsi tələf olub. Bu dəfə doğuşdan sonra ananın halı anidən pisləşib və aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün tibbi ekspertiza aparılır. Səbəb məlum olduqdan sonra ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, hadisə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Mərhumun iki qızı olub. Yeni doğulan oğlan isə sağ qalıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub