Ukrayna və keçmiş Sovet gimnastı Tatyana Qutsu 15 yaşı olarkən cinsi təcavüzə məruz qalıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə ikiqat Olimpiya çempionu öz “Facebook” səhifəsində yazıb. 41 yaşlı sabiq gimnast SSRİ yığması üzrə keçmiş tərəfdaşı, belarus Vitali Şerbo tərəfindən zorlandığını etiraf edib:
“Mən artıq qorxmuram. Ona görə də açıq deyə bilərəm ki, 1991-ci ildə Ştutqartda yarışma keçirilən vaxt mənə təcavüz olunub. Vitali Şerbo – mənim uzun illər öz qorxu hissimin əsirində qalmağıma səbəb olan monstr… Sən artıq məni sındırmayacaqsan”.
15 yaşı olduqda təcavüzün qurbanı olduğunu deyən Tatyana həmin vaxt digər idmançıların ona kömək etmədiyini vurğulayıb:
“Rəfiqə hesab etdiyim Tatyana Toropova, sənə hər şeydən çox ehtiyacım olduqda cəsarətini toplamadığın üçün təşəkkür edirəm. Sən oradaydın və hər şeyi eşidirdin. Lakin məni müdafiə etmədin. Rüstəm Şaripov, dostunu qoruduğun və mənə – 15 yaşlı kiçik qıza kömək etmədiyin üçün təşəkkür edirəm”.
Qeyd edək ki, 45 yaşlı Şerbo altıqat Olimpiya çempionu, gimnastika üzrə SSRİ idman ustasıdır. Bundan əlavə, o, 4 dəfə dünya çempionatında adını zirvəyə yazdırıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub