Xəbər verdiyimiz kimi, millimizin üzvü Dəniz Yılmaz Türkiyənin “Bursaspor” komandasının əsas heyətindən uzaqlaşdırılıb. Futbolçu bir müddət aşağı yaş qrupları üzrə komanda ilə birgə hazırlıqlarını dava etdirəcək.
Mynews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bursa təmsilçisinin prezidenti Ali Ay futbolçumuzun və onun komanda yoldaşı Sərcan Yıldırımın əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib.
Klub prezidenti Dəniz Yılmazın “Bursaspor” rəhbərliyindən və azarkeşlərindən üzr istəməsini tələb edib:
“Dəniz “Kayserispor”la matçda aldığı qırmızı vərəqəyə görə rəhbərlikdən, texniki heyətdən və azarkeşlərimizdən üzr istəməlidir. Ancaq o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı. Sərcan Yıldırımın məsələsi isə fərqlidir. O, bizim övladımızdır. Sərcana sahib çıxmaq istədik, amma çox tənbəldi”.
Qeyd edək ki, Dəniz Yılmaz Super Liqanın son turunda “Kayserispor”la görüşdə rəqib futbolçunun ayağına zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı. “Bursaspor” azlıqda qaldıqdan sonra qapısında 2 qol görmüşdü.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub