ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib və əvvəlcədən elan etdiyi kimi Mehriban Xanlarovanı hədəf seçib.
Gözündə qara eynəklə efirə çıxan Mehriban Xanlarova hədəf seçilməyinin ona pis təsir etdiyini bildirib. "Dünən Rauf Vüsalə Kərimovanı çıxaracağını demişdi. Amma sonradan fikrini dəyişməsi məni bu eynəyi taxmağa vadar etdi”.
Xatun hesab edir ki, Elşad Xose Raufu fikrini dəyişməyə vadar edib. "Çünki Rauf bu gün yox, sabah səsverməyə çıxacağını açıqlamışdı".
Elşad Xose Raufu qabağa verdiyini etiraf edib. Hətta efirdən öncə çəkilən sujetdə də bu ssenarinin Elşad Xose tərəfindən hazırlandığı bəlli olub. Eışad Xose sabah Talıb Talenin, biriusi gün isə özünün SMS səsverməsinə çıxacağını deyib. O, Raufla təklikdə qalanda ya qızlardan birini, ya da Talıbı çıxaracağını deyib.
Veriliş boyu Mehriban Xanlarova dəfələrlə Raufdan hədəfini dəyişməyi xahiş etsə də, o qərarından dönməyib. Lakin tamaşaçılar fikrilərini dəyişdilər. 49,54 faiz tamaşaçı Raufun qalmasına, 50,46 faiz tamaşaçı isə onun getməsinə səs verib. Beləliklə də Rauf üçün maşın əldən getdi. O bütün iştirakçılarla, xüsusilə də Mehriban Xanlarova ilə çox səmimi və mehribancasına görüşərək studionu tərk edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub