"Milli Televiziya və Radio Şurası Azərbaycan teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər çərçivəsində aparılmasını diqqətdə saxlayır. Bəzən özəl telekanallarımızda milli-mənəvi dəyərlərə qarşı biganəlik göstərilir, bəzi xoşagəlməz hadisələr baş verir".
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
ATV telekanalında yayımlanan "Maşın-şou" ilə bağlı MTRŞ-in hansı addımları atacağı barədə suallara cavab olaraq N. Məhərrəmli bunları deyib: "İstərdik ki, bütün şou xarakterli verilişlərdə milli-mənəvi dəyərlər qorunsun. Əgər "Maşın-şou"da qanun pozuntuları olarsa, biz ciddi şəkildə onlara qarşı tədbirlər görəcəyik. Amma hazırda baş verənlər qanun pozuntusu deyil. Çox təəssüf ki, verilişlər aşağı səviyyədədir, qanun isə aşağı səviyyədə olan verilişlərə icazə verir. Çalışmaq lazımdır ki, keyfiyyətli verilişlər ortaya qoyaq".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub