Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyeva bildirib ki, nazir 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə əmr imzalanıb. Əmrə əsasən, səhiyyə müəssisələrində, orta məktəblərdə, məktəbəqədər və digər təhsil müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub.
O əlavə edib ki, əmrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, dərman preparatları ilə təminat, laborator müayinələrin təşkili, səhiyyə və təhsil müəssisələrində müşahidə tədbirlərinin təşkili, xəstələrin aşkarlanması, onların vaxtında tibbi müşahidələrə və müalicəyə cəlb olunması və s. kimi məsələlərlə əlaqədar profilaktik və əks-epidemik tədbirlərin görülməsi öz əksini tapıb. Həmin əmrə əsasən, ölkədə kompleks tədbirlər həyata keçirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub