Milli mahnıların, marşların ifaçısı, sevilən müğənni Şəmistan Əlizamanlının bir mahnısı son vaxtlar Türkiyədə populyarlıq qazanıb.
Sözləri Nizami Saraçlıya musiqisi və ifası Şəmistan Əlizamanlıya məxsus olan “Turan ellər var olsun” mahnısı qardaş ölkənin televiziyalarında da yayınlanıb.
Moderator.az xəbər verir ki, Şəmistan Əlizamanlının sözügedən mahnısının sədaları altında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə versiyada kliplər də hazırlanıb. Bu çarxlardan biri “Ahaber” kanalı tərəfindən hazırlanıb və videonun sonunda titrdə Şəmistan Əlizamanlıya təşəkkür edir.
Turkustan.info-ya açıqlamasında Ş.Əlizamanlı qardaş ölkədə mahnısına göstərilən bu cür diqqət və sevgidən məmnun olduğunu söyləyib: “Təqdim etdiyimiz bir çox mahnılarımız Türkiyədə, Türk dünyasında sevilir, dinlənilir. Bu mahnının son vaxtlar Türkiyədə yenidən canlandırılması bizi məmnun etdi”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub