Moldova Respublikası ədliyyə naziri Avropa Şurasına müraciət edərək məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi ilə maraqlanmışdır.
Mynews.az-ın məlumatına görə, "Report" Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa standartları və vətəndaşların məhkəmələrə əlçatanlığı barədə təqdimatı aparmaq məqsədilə Kişinev şəhərinə səfər edib.
Məlumata görə, Moldova hökumətinin məhkəmələrin yenidən qurulması və müasir məhkəmə infrastrukturunun yaradılmasında Azərbaycanın müsbət təcrübəsində maraqlı olmasını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti ölkədə məhkəmə binalarının təşkili və vətəndaşlar üçün əlçatan olması barədə, xüsusilə də planlaşdırma, tikinti, təchizat və məhkəmənin yeni binalarının fəaliyyəti ilə bağlı geniş təqdimat keçirib və bu sahədəki təcrübəsini moldovalı həmkarları ilə paylaşıb.
Nümayəndə heyəti həmçinin yenicə genişləndirilən və təmir edilən Kişineu Apellyasiya Məhkəməsinin binasına baş çəkib.
Bu missiyanın nəticələri moldovalı həmkarlar tərəfindən yüksək qymətləndirilib.
Eyni zamanda səfər zamanı R.Qurbanov Vitse-prezident qismində ədliyyə naziri Vladimir Çebotarı, Ali Məhkəmənin sədri Mihay Poalelunqi, Ali Ədliyyə Şurasının sədri Viktor Miku ilə ikitərəfli görüşlər keçirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub