“İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Kim insanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığının məhdudlaşdırılması cəzasını alternativ kimi təklif etmək doğru deyil”.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkiliMusa Quliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil:
“Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza vermək məqamları arasında uyğunsuzluq var”.
Millət vəkili qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: “Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq, Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində, belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun, müalicə edilib, cəmiyyətə qayıtmır. Əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.
O cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: “Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub