Bankda iş yoldaşına zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, səbəb isə, iş yoldaşının banka olan borcunu vaxtında ödəməməsi olub.
Belə problemlə Rövşən Hüseynov qarşılaşıb. O iddia edir ki, Ərşad Məmmədov 2011-ci ildə bankdan 5 min manat kredit götürmək üçün ondan zamin durmasını istəyib. Rövşən Hüseynov da bununla razılaşb. Həmin şəxs 2014-cü ilə qədər hər ay pulu vaxtında ödəyib. Ancaq sonradan pulun qalan hissəsi ödənilmədiyindən banka 400 manatdan çox borcu yaranıb.
Maraqlısı isə budur ki, bankdan pulu götürən əsas borclunun ölkədən çıxışına qadağa qoyulmayıb. Halbuki, borca görə əsas məsuliyyət bankdan pulu götürənin üzərinə düşür. Üstəlik, ölkədən çıxışına qadağa qoyulması haqda məhkəmə qərarı da ona verilməyib.
Rövşən Hüseyinov xaricə gedərkən hava limanında bundan xəbər tutub.Bəs belə halda vətəndaş nə etməlidir?
Hüquqşunaslar bildirir ki, vətəndaşın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı ona məhkəmə tərəfindən xəbər verilməli idi. Əgər xəbər verilməyibsə, əvvəlcə zərərçəkən icra qurumundan məhkəmə qərarının tarixini əldə etməli və qərardan apellyasiya şikayəti verməlidir. Bundan sonra məsələ ilə bağlı icraat dayandırılacaq və onun ölkədən çıxışına qadağa qoyulması tam aydınlaşana kimi qərarın icrası müvvəqəti aradan qaldırılacaq.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub