Mynews.az medicina.az-a istinadən xəbər verir ki, gecə növbəsində işləyən Ostin hər gün çox miqdarda enerji içkisi içməyə o qədər alışıb ki, bəzən bir gecəyə 3-4 banka içki qəbul edirmiş. Bir gecə isə elə iş yerindəcə onun beyninə qan sızıb. Həkimlərin analiz və müayinələrinin nəticəsində məlum olub ki, həddən artıq kofein qəbulu ürəyin və qan dövranının işini pozub. Ostinin beynində 3 ağır əməliyyat keçirilib.
Lakin həkimlər o qədər də ümidli olmadıqlarını bildiriblər. Ostinin komadan ayılacağı, orqanizmində hansısa izlərin qalıb-qalmayacağı barədə konkret bir şey deməyiblər.
3 həftədən sonra Ostinin övladı doğulub. Lakin o, hələ də o ştatdan bu ştata köçürülür, çoxsaylı əməliyyatlar, fizioterapiya prosedurları keçirmiş. Yalnız 2 aydan sonra onun huşu özünə gəlib və ilk dəfə oğlunu görüb. Bu müddət ərzində arvadı təbii ki, ərindən vaz keçməyib, o, evə yazıldıqdan sonra qulluğunda durub, onun sağalması üçün mübarizə aparıb.
Ostin hazırda əlil arabasındadır, gəzə bilmir, danışmaqda çətinlik çəkir. Əməliyyatlardan baş və kəllə sümüyü deformasiya olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub