Xəbər verdiyimi kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. O, “Ezik kareoqrafi” adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik və gülməli görüntü adlandırıb.
Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazı ilə bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, yazının müəllifi Mövlud Tezel tənqidlərdən sonra sosial şəbəkələrdə “Qarabağ”dan və Azərbaycan xalqından üzr istəyib.
“Diqqətlə oxusanız görərsiniz ki, yazı sadəcə bu xoreoqrafiya haqqında əyləncəli bir şərhdir. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub