Türkiyənin məşhur "Bəyaz" televiziya kanalında "Qarabağ"-"Atletiko" görüşündəki xoreoqrafiya müzakirə edilib.
Mynews.az axar.az-a istinadən xəbər verir ki, "Bəyaz Futbol" verlişində "Sabah" qəzetinin yayımladığı məlum yazıdan təəssüflə söz açılıb və bunun qəzet və yazar adına yaraşmadığı bildirilib.
Həmçinin qeyd edilib ki, Türkiyənin Çempionlar Liqasında 2 klubu var ki, biri "Beşiktaş", digəri də "Qarabağ"dır.
Xatırladaq ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatla bağlı "Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlamışdı. Xəbərin müəllifi Mövlud Tezel adlı köşə yazarıdı. Bu yazı həm Azərbaycanda, həm də Türkiyədə böyük etiraza səbəb oldu və müəllif və qəzet tənqid edildi. Daha sonra isə "Sabah" xəbəri sildi, müəllif isə Azərbaycan xalqından üzr istədi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub