Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.
Mynews.az xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətindən "Report”un Aran bürosuna verilən məlumata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.
Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək. Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub